May 25, 2020 15:23 Asia/Baku
  • Monteneqro koronavirusa qalib gəldiyini elan etdi

Monteneqro prezidenti Milo Cukanoviç ölkəsinin koronavirusa qalib gəldiyini elan edib.

SəhərAzəri - Trend-in məlumatına görə, o, bu barədə rəsmi "Twitter" səhifəsində yazıb.

Ölkə rəhbəri Monteneqroda yeni yoluxma halının aşkarlanmadığını açıqlayıb.

Monteneqro rəsmilərinin dediyinə görə, müalicə olunanların hamısı sağalıb. Bu günə qədər ümumilikdə 324 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib.

Teqlər

Şərhlər