May 27, 2020 17:26 Asia/Baku
  • Rus mediası İran neft tankerlərinin Venesuelaya getməsini cəur hərəkət adlandırdı

Rusiya mediası İran neft tankerlərinin ABŞ-ın təzyiqlərinə baxmayaraq Venesuelaya getməsini cəsur hərəkət adlandırıb.

SəhərAzəri xəbər verir, "Sputnik" xəbər agentliyi İran neft tankerlərinin Venesuelaya daxil olduğunu və İranın neft sanksiyalarına qələbə çaldığını qeyd edib.   Məlumata görə, üç İran neft tankeri ABŞ-ın təhdidlərinə baxmayaraq Latın Amerikası ölkəsinə kömək etmək üçün Venesuelaya çatıb. Üç tanker Venesuelaya daxil olan digər iki tanker ilə birlikdə Latın Amerikasına cəmi 1,5 milyon barel yanacaq idxal edəcək.   

"Xarazmi" universitetinin professoru Seyid Səid Mirturabi Hüseyni "Sputnik"ə bildirib ki, İranın yanacaq daşıması əslində İranın ABŞ sanksiyalarına qələbə çalması anlamına gəlir.

Onun sözlərinə görə, tankerlərin Venesuelaya uğurla daxil olması İranın ABŞ-ın sanksiyalarına qarşı bir yol tapdığını təsdiqləyir. İran ABŞ-ın birtərəfli sanksiya siyasətinə məruz qalan ölkələrin ABŞ-a qarşı vahid cəbhədə birləşməsini istəyir.

Beynəlxalq Enerji Tədqiqatları İnstitutunun direktor müavini Məhəmməd Sadiq Cokər isə açıqlamasında qeyd edib ki, İran tankerlərinin Venesuelaya daxil olması 2020-ci il ABŞ prezident seçkilərində Trampa ağır zərbə olacaq. Rusiya, İran və Venesuela Trampın iqtisadi sanksiyalar siyasətini daha zəif və effektiv etməməsi üçün birlikdə işləyə bilər.  

Xəbər agentliyi bildirir ki, İran tankerlərinə qarşı ola biləcək hər hansı bir hücuma dərhal reaksiya verəcək və ABŞ Hərbi Dəniz Qüvvələrini hədəf alacaq. ABŞ-ın ağır sanksiyaları altında olan İran yanacaqdoldurma tankerlərinin Venesuelaya gəlişi hökumət rəsmiləri və İran xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb.  

Qeyd edək ki, ABŞ-ın sanksiyaları səbəbiylə yanacaq çatışmazlığı ilə üzləşən Venesuellaya yanacaq göndərilməsi qərarı Vaşinqton rəsmilərini qəzəbləndirib. 

 

Teqlər