Quterreş:
"BMT-in ev sahibi olan Amerikadakaı son olaylar ürəyimi yandırdı"
İyun 03, 2020 18:43 Asia/Baku
BMT baş katibi Amerika polisinin rasizmə etiraz edənlərlə kobud rəftarına bir daha reaksiya verib. Bu ölkə başçılarından istəyibdir ki, həmin etirazlara cavabda təmkinlilik göstərsinlər.
SəhərAzəri xəbər verir, BMT baş katibi Antonio Quterreş afroamerikalı Corc Floydun vəhşicəsinə qətlinin ardınca bir daha Amerikadakı anti-rasizm etirazlarına reaksiya verib və öz tvitter hesabında yazıb: Birləşmiş Millətlər Təşkilatına ev sahibliyi edən bir ölkənin və şəhərin küçələrində zorakılıqları görməkdən olduqca narahat və nigaranam.
Quterreş öz tvittində «Rasizm bir nifrətdir və hamı onu rədd etməlidir!» adı altında bir boner yayaraq, yazıb: Şikayət və gileylər dinc formada dilə gətirilməli və eşidilməlidir.