Alman nazirdən Trampa qarşı ağır sözlər
https://azeri.sahartv.ir/news/dünya-i362884-alman_nazirdən_trampa_qarşı_ağır_sözlər
Almaniyanın xarici işlər naziri Hayko Maas Amerika prezidentini populist lider adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2020 07:35 Asia/Baku
  • Alman nazirdən Trampa qarşı ağır sözlər

Almaniyanın xarici işlər naziri Hayko Maas Amerika prezidentini populist lider adlandırıb.

SaharAzeri xəbər verir, Beynəlxalq mediaların məlumatına əsasən, Almaniya xarici siyasət idarəsinin başçısı bildirib ki, Donald Tramp cəmiyyəti qütbləşdirərək dəstəkçilərini səfərbər etməyə çalışan populistlərə bənzəyir.

Hayko Maas sonra deyib: “ABŞ-da xeyli jurnalist etirazları işıqlandıran zaman hücumlara məruz qalıb. Tramp jurnalistləri “xalqın düşməni” və yaxud “həyatın ən aşağı forması” adlandırdı. Bu cür münasibət bizə bütün dünyadakı populistlərdən bəllidir. Bu, olduqca təhlükəlidir”.

Qeyd edək ki, Amerika prezidenti idarəçilikdəki zəifliyini ört-basdır etmək üçün adətən Çini və ya mediaları təhqir edir və öz siyasətlərini təmizə çıxarmaq üçün hər bir vasitəyə əl atır.