İyun 13, 2020 15:07 Asia/Baku
  • Tramp ABŞ polisinin vəhşiliyini himayə edib

ABŞ prezidenti deyib: Ola bilsin, bəzi hallarda polisin müttəhimlərlə mübarizədə “boyuna təzyiq” metodundan istifadə etməsi lazım olmuş olsun.

SaharAzeri xəbər verir, Donald Tramp cümə günü Foks Nyus telekanalı ilə müsahibədə sonra deyib: “Boyuna təzyiq” metodundan istifadə vəziyyətdən asılıdır və bəzən lazımdır.

Tramp söyləyib: Bu işin polis tərəfindən görülməsinin qadağan olunması əyalətlərin yerli hökumətləri ilə bağlıdır.

Trampın sözləri elə bir halda söylənibdir ki, ABŞ konqresi polisin şübhəlilər və aksiya ilə mübarizədəki rəftarının yüngülləşdirilməsi və zorakılığın azaldılması üzrə layihələri araşdırmaqdadır və “boyuna təzyiq” metodundan istifadə bu layihələrdə irəli sürülə bilinən mövzulardan biridir.

Mayın 25-də Minesota ştatının Mineapolis şəhəridnə baş verən ağdərili polis tərəfindən afroamerikalı Corc Floydun vəhşicəsinə qətlə yetirməsindən sonra Amerikanın müxtəlif şəhər və ştatları rasizmə qarşı etirazlar səhnəsidir.

Bu etirazlar Avropa ölkələrinə və Kanada və Argentina kimi digər ölkələrə də gedib çıxıbdır.

Amerikada polis etirazçıları yatırmaq üçün birbaşa atəş açmaq və şəxsləri avtobillə basmaq kimi qeyri-etik və qeyri-insani üsullara üz tutubdur.

 

Teqlər