Avropa ölkələri 400 milyon koronavirusa qarşı peyvəndin hazırlanmasına razılıq veriblər
https://azeri.sahartv.ir/news/dünya-i363166-avropa_ölkələri_400_milyon_koronavirusa_qarşı_peyvəndin_hazırlanmasına_razılıq_veriblər
Dörd Avropa ölkəsi 400 milyon koronavirus əleyhinə peyvəndin hazırlanmasına razılıq veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2020 09:07 Asia/Baku
  • Avropa ölkələri 400 milyon koronavirusa qarşı peyvəndin hazırlanmasına razılıq veriblər

Dörd Avropa ölkəsi 400 milyon koronavirus əleyhinə peyvəndin hazırlanmasına razılıq veriblər.

SaharAzeri xəbər verir, "Deutsch Welle"-nin məlumatına görə, Almaniya, Fransa, İtaliya və Hollandiya koronavirusa qarşı peyvəndin hazırlanması üçün müqavilə imzalayıblar.

Almaniyanın Səhiyyə Nazirliyi bu dörd ölkənin "Astrazeneca" əczaçılıq şirkətilə hazırda sınaq mərhələsində olan koronavirusa qarşı peyvəndin 400 milyon dozasının hazırlanması üçün müqavilə imzaladığını bildirib.

Bu məlumata əsasən, Avropa İttifaqının bütün ölkələri bu layihədə iştirak edə bilərlər.

Almaniyanın Səhiyyə Nazirliyinin bəyanatında, peyvəndin hazır olan kimi ölkələrin əhali sayına nisbətən paylanacağı bildirilib.

Peyvəndin 2020-ci ilin sonuna qədər hazırlanması proqnozlaşdırılır.

Bu anlaşma elə bir şəraitdə əldə edilib ki, son həftələrdə Avropa ölkələrində koronavirusa yoluxma və ölüm hallarında kəskin artım qeydə alınıb.