Avropa Ağ Ev-in BƏM-ə qarşı sanksiyalarının ləğvini tələb edib
Avropa Birliyi Vaşinqtondan istəyibdir ki, Beynəlxalq Ədalət Məhkəməsinə qarşı indiyədək görünməmiş və qəbuledilməz sanksiyalarını ləğv etsin.
SəhərAzəri xəbər verir, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel bir bəyanatda Beynəlxalq Ədalət Məhkəməsi işçilərinin sanksiya edilmələri barədəki hərəkətlərdən nigarançılıq edərək, bu təşkilata olan tam dəstəyini elan edibdir.
ABŞ prezidenti Donald Tramp iyunun 11-də bir hökmlə Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin rəsmilərinə qarşı sanksiyanın tətbiq edilməsi barədə göstəriş verdi. Buna səbəb isə, qeyd olunan məhkəmənin amerikalı qüvvələrin Əfqanıstanda hərbi cinayətlər törətmələri ehtimalı barədə təhqiqat aparması olubdur.
Tramp bu beynəlxalq məhkəmənin başçılarını hədələyərək bildiribdir ki, əgər Vaşinqtonun razılığı olmadan amerikalı qüvvələrin Əfqanıstandakı fəaliyyətləri barədə təhqiqat apararlarsa, Amerika tərəfindən iqtisadi cəzalara məruz qalacaqlar.
Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi isə iyunun 12-də Amerika tərəfindən bu orqanın işçilərinə qarşı tətbiq edilən sanksiyalara cavab olaraq, bildirdi ki, bu sanksiyalar qəbuledilməzdir və Beynəlxalq Ədalət Məhkəməsinin hökmlərində təsir buraxmayacaqdır.