İyun 19, 2020 00:57 Asia/Baku
  • Moskvada son sutkada koronavirusdan 48 nəfər ölüb

Moskvada son sutka ərzində koronavirusdan ölənlərin sayı 48, yoluxanların sayı isə 1040 nəfər olub.

 

SaharAzeri xəbər verir, TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın paytaxtında yaradılmış Operativ Qərargah məlumat yayıb. 

Məlumata görə, şəhərdə ölənlərin ümumi sayı 3531-ə çatıb.

Yoluxanların ümumi sayı isə 210785 nəfərdir, onlardan 130 431 nəfər sağalıb.

Teqlər