İyun 21, 2020 21:43 Asia/Baku
  • Hindistan qüvvələri Kəşmirdə pakistanlı qızı öldürdü

Yerli səlahiyyətlilər və Pakistan hərbçiləri bu gün (Bazar) xəbər verib, Artilleriya və snayperlər tərəfindən dəstəklənən Hindistan qüvvələri Pakistanın nəzarətində olan Kəşmir bölgəsindəki sərhəd kəndlərinə atəş açaraq 13 yaşlı bir qızı öldürüb, anası və qardaşını da yaralayıblar.

SəhərAzəri isna.ir-a istinadla xəbər verir, Pakistan ordusu bir açıqlamada, Hindistan hərbi qüvvələrini şənbə gecəsi Hacipir və Baduri kəndləri istiqamətində atəşkəsi pozmaqda günahlandırıblar.
Açıqlamada, Pakistan qüvvələrinin Hindistan hərbçilərinin atəşinə cavab verdiyi bildirilib.
Yerli KİV-lərin və hökumət rəsmilərinin verdiyi məlumata görə, Hindistan qüvvələri tərəfindən atılan atəş bir neçə evə də ciddi ziyan vurub.
Eyni halda Hindistan yerli polisi, atışmada Pakistan qüvvələrini günahlandıraraq bildirib: Pakistan qüvvələri tərəfindən həyata keçən minamiyut atəşi nəticəsində Hindistanın nəzarətində olan Kəşmirdə 5 mülki yaralanıb.
Pakistan və Hindistan arasında mübahisəli Himalay bölgəsində atəş mübadiləsi tez-tez baş verir, iki tərəf də  atışmalarla bağlı bir-birini günahlandırır.

Teqlər