Ştutqartda iğtişaşlar zamanı 19 polis əməkdaşı xəsarət alıb
https://azeri.sahartv.ir/news/dünya-i363540-Ştutqartda_iğtişaşlar_zamanı_19_polis_əməkdaşı_xəsarət_alıb
Almaniyanın Ştutqart şəhərində baş vermis iğtişaşlar zamanı 19 polis əməkdaşı xəsarət alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2020 17:48 Asia/Baku
  • Ştutqartda iğtişaşlar zamanı 19 polis əməkdaşı xəsarət alıb

Almaniyanın Ştutqart şəhərində baş vermis iğtişaşlar zamanı 19 polis əməkdaşı xəsarət alıb.

SəhərAzəri APA-yə istinadla xəbər verir, bu barədə şəhər polisinin rəisi Tomas Berqer SWR” radiostansiyasına müsahibəsində bildirib.

Qeyd edilir ki, şəhərin Şlossplatz meydanında meydana gələn iğtişaşlar zamanı 400-500-dək adam toplaşıb. Polisin məlumatına görə, iğtişaş iştirakçıları polisə qarşı aqressiv hücumlar edib, mağaza vitrinlərini dağıdıb və qarət ediblər.

Hadisə yerinə 280 nəfərlik polis əməkdaşları gəlib, ümumilikdə 24 nəfər saxlanılıb. İğtişaşlar zamanı 40-dək mağazaya ziyan dəyib.

Qeyd edək ki, iğtişaşlar narkotik satışı ilə əlaqədar polisin yoxlamalarından sonra baş verib. Polis 17 yaşında bir oğlanı yoxlamaq istəyən zaman daha 200-300 nəfər onu müdafiə etməyə çalışıb və polis əməkdaşlarına daş və şüşə su qabları atıblar.