ABŞ Avropa ölkələrindən məhsul idxalına rüsum tətbiq etməyi planlaşdırır
İyun 25, 2020 10:33 Asia/Baku
ABŞ hökuməti Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan bir sıra məhsulların idxalına rüsum tətbiq etməyi planlaşdırır.
SəhərAzəri Trend-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət danışıqları nümayəndəliyinin açıqlamasında deyilir.
Ümumilikdə, rüsumun 3,1 milyard dollar məbləğində tətbiq olunması gözlənilir.
Yeni rüsumlar Fransanın “Givenchy” və “Hermes” kimi brendlərinə təsir edə bilər.
Hazırda ABŞ-la Avropa İttifaqı arasında ticarət sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir. Vaşinqton sənədin layihəsinin onu razı salmayacağı təqdirdə Avropadan avtomobillərin də idxalına rüsumun tətbiq oluna biləcəyini bildirib.