İyun 26, 2020 22:48 Asia/Baku
  • ABŞ Senatı Çinə qarşı yeni sanksiyalar təsdiqləyib

ABŞ Senatı Çinə qarşı sanksiyalar barədə qanun layihələrini əksəriyyət səslə qəbul edib.

SəhərAzəri ISNA-ya istinadla xəbər verir, həmin qanun layihələrindən "Hong Kong Muxtariyyət Qanunu" adlı birində, Çinə Hong Kong muxtariyyətinin məhdudlaşdırılmasına kömək edən şirkətlərə və şəxslərə sanksiya qoyulub.
Qanun layihəsini Pensilvaniya ştatından olan Respublikaçı senator Pat Tommy və Merilend ştatından olan demokrat senator Kris Van Holen təqdim ediblər.
Van Holen Senatda deyib: “Çin hökumətinin Hong Kongda gördüyü işlər qəbuledilməzdir. Hong Kongdakı insanları hüquqlarından məhrum edir. Onsuz da mövcud olan azadlıqları məhv edirlər.”
Eyni zamanda, Çinin cəzalandırılması üçün ikinci qanun layihəsini respublikaçı senator Joş Houley təqdim edib ki 1984-cü il Hong Kong üçün muxtariyyətin təmin edilməsi sazişini pozduğuna görə Çini hədəf alır.
Hauley deyib ki, "Çinin qəbul etdiyi yeni bir milli təhlükəsizlik qanunu Hong Kong xalqının on illər boyu istifadə etdiyi azadlıqlarına böyük zərbə vuracaq. Bu, 1997-ci ildən bəri Hong Kong-u idarə edən qondarma "bir ölkə və iki sistem" prinsipindən daimi ayrılmasına səbəb oldu.”
Həmin biləşdirilmiş layihələr vahid qanun layihəsi kimi təsdiqlənmədən əvvəl Donald Tramp tərəfindən rəsmi imzalanmalı və sonra Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir.
Van Holen qeyd edib ki, Tramp qanun layihəsini imzalayacaq. O eyni halda bununla yanaşı, indiyədək Ağ Evin Çinə qarşı mövcud qanunlara görə sanksiya tətbiq etməməsindən narahatlığını ifadə edib və deyib: "Dövlət katibinin bəzi açıqlamalarına baxmayaraq, bu hökumət hələ Hong Kongla əlaqədar Çinlə lazımı rəftari etməyib.”

Teqlər