İyul 01, 2020 09:28 Asia/Baku
  • Avropanın sərhədləri 15 ölkənin üzünə açılıb

Avropa Birliyi dünən öz sərhədlərini on beş ölkənin üzünə açmaqla bərabər, Amerika və Braziliyadan müsafirlərin girişinə qoyulmuş qadağanı uzadıbdır.

SaharAzeri xəbər verir, Avropa Birliyi bildiribdir ki, öz xarici sərhədlərini koronavirusa yoluxma cəhətdən yüksək statistikaya malik olan ölkələrin müsafirlərinin üzünə bağlı saxlayacaq.

Bu istiqamətdə Avropanın xarici sərhədləri Avstraliya, Kanada, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya kimi ölkələr üçün açılıbdır.

Çin də qarşılıqlı olaraq öz sərhədlərini avropalı müsafirlərin üzünə açmaq şərtilə bu 15 ölkədən ibarət siyahıya daxildir.

Təqribən üç ay bundan öncədən Avropa Birliyi ölkələrinin sərhədləri müsafirlərin üzünə bağlanıbdır. Bu da bu birlikdə, böyük maliyyə zərərlərinə, eləcə də turizm sənayesinə böyük xəsarətlərin dəyməsinə bais olubdur.

Teqlər

Şərhlər