İyul 06, 2020 15:10 Asia/Baku
  • Amerikada hava qəzası

Amerikanın Aydaho ştatının rəsmiləri bu ştatda iki təyyarənin toqquşması nəticəsində 8 nəfərin ölməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, bu rəsmilər bildiriblər ki, bazar ertəsi günü Aydaho ştatında yerləşən «Ker de-Alen» gölünün yaxınlığında iki təyyarənin toqquşması nəticəsində səkkiz nəfər ölüb.

İki sərnişinin cəsədi göldə batmazdan öncə aşkar edilib, amma hələ aralarında uşağın da olduğu digər altı sərnişin itkindir. Onların sağ olmadıqları ehtimal olunur.

Ştat rəsmilərinin sözlərinə görə, hələ bu hadisənin baş verməsinin səbəbi məlum deyil və təhqiqat qrupu öz araşdırmalarına başlayıbdır.

Beynəlxalq statistikalar göstərir ki, Amerika ötən altmış ildə ən çox hava qəzası ilə üzləşən ölkələrin önündə gedir.

Teqlər

Şərhlər