ABŞ hələ də Suriyanın neftini qarət edir
Amerikalı işğalçılar Suriya neftini daşıyan 35 tankeri qaçaqmalçılıq yolu ilə İraqa aparıblar.
SəhərAzəri xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi SANA ABŞ qüvvələrinin cümə günü axşam saatlarında 35 yanacaq daşıyan tankeri qaçaqmalçılıq yolu ilə İraqa apardığından xəbər verib.
SANA yerli mənbələri istinadla bildirib ki, yanacaq daşıyan 35 yük maşını və tankerdən ibarət olan amerikalı bir karvan Suriya ərazisini Əl-Həsəkənin şimalında yerləşən Əl-Vəlid adlı qanunsuz bir keçid vasitəsilə İraq istiqamətində tərk edib.
Bundan əvvəl də Suriyanın rəsmi xəbər agentliyi ABŞ-ın neft hasilatı və qaçaqmalçılığı üçün lazım olan ləvazimatı daşıyan 50 yük maşınını Suriyaya göndərdiyini bildirib.
SANA bir iyul tarixində də ABŞ qüvvələrinin yanacaq daşıyan 39 yük maşınını qaçaqmalçılıq yolu ilə Suriyadan İraqa apardığını bildirmişdi.