ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı
https://azeri.sahartv.ir/news/dünya-i364454-abŞ_da_66_mindən_çox_yoluxma_qeydə_alındı
ABŞ-da koronavirusa yoluxma sayına görə növbəti dəfə rekord qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2020 13:20 Asia/Baku
  • ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı

ABŞ-da koronavirusa yoluxma sayına görə növbəti dəfə rekord qeydə alınıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, ötən sutka ölkədə 66,6 mindən çox şəxs koronavirusa yoluxub.

Bir gün əvvəl bu rəqəm 63,2 mindən çox idi. Bundan başqa, daha 802 xəstə həyatını itirib.

Bu günədək ABŞ-da koronavirusa yoluxanların sayı 3,3 milyon nəfəri keçib. 137 minə yaxın xəstə vəfat edib.