İyul 16, 2020 07:43 Asia/Baku
  • Çin ABŞ səfirini çağırtdırıb

Çin Xarici İşlər Nazirliyi Amerika hökumətinin yeni anti-Çin hərəkətlərinə etiraz olaraq, dünən gecə Amerikanın Pekindəki səfirini çağırtdırıb.

SəhərAzəri xəbər verir, Çin Xarici İşlər Nazirliyinin rəsmiləri bu çağırışda Pekinin Tramp hökumətinin anti-Çin hərəkətlərindən olan narazılıqlarını Amerikanın Pekindəki səfirinin diqqətinə çatdırıblar.

Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti tərəfindən Honq-Konqun istiqlaliyyəti qanununun imzalanmasına etiraz edib.

Çin Xarici İşlər Nazirliyi dünən də bir açıqlamada bildiribdir ki, Amerikanın bu hərəkətləri Çinin daxili işlərinə qarışmaq hesab olunur və ciddi şəkildə beynəlxalq qanunları, həmçinin beynəlxalq münasibətlərə hakim kəsilmiş əsas qaydaları pozur.

Çin parlamenti son zamanlar Honq-Konqun milli təhlükəsizlik layihəsini qəbul edib.

Honq-Konq 1842-1997-ci ilədək İngiltərənin hökmranlığı altında olub. Amma 1997-ci ildə və İngiltərə ilə keçmiş müqavilənin bitməsindən sonra Çinə qovuşubdur.

Teqlər