ABŞ Şərqi Avropada hərbçilərinin sayını artırır
https://azeri.sahartv.ir/news/dünya-i365486-abŞ_Şərqi_avropada_hərbçilərinin_sayını_artırır
ABŞ Şərqi Avropada öz hərbi mövcudiyyətini genişləndirir. POlşada əlavə qüvvələr yerləşdiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2020 02:14 Asia/Baku
  • ABŞ Şərqi Avropada hərbçilərinin sayını artırır

ABŞ Şərqi Avropada öz hərbi mövcudiyyətini genişləndirir. POlşada əlavə qüvvələr yerləşdiriləcək.

SəhərAzəri - Daxil olan məlumata əsasən, Pentaqon rəhbəri Mark Esper bu haqda bildirib ki, ABŞ və Polşa hökumətləri Şərqi Avropada əlavə min amerikalı əsgərin yerləşdirilməsi ilə bağlı danışıqları başa çatdırıb.

Onun sözlərinə görə, bu razılaşma Rusiyanın Avropaya olan təsirini azaldacaq. Bu həm də ABŞ-ın NATO-dakı müttəfiqlərinin guya narahatlığını aradan qaldıracaq. Alyansın şərq hissəsində iştirakı daha da güclənəcək.

Xatırladaq ki, NATO-nun Şərqi Avropada Rusiyaya yaxın sərhədlərdə qoşun və hərbi texnika cəmləməsi Moskva tərəfindən hiddətlə qarşılanır.

Hazırda Polşada 4500 Amerika hərbçisi xidmətini davam etdirir. Bununla yanaşı Polşanın ABŞ-dan satın aldığı 32 ədəd F-35 qırıcı-bombardmançı təyyarələrin Rusiya sərhədlərinə yaxın ərazidə yerləşən hava bazalarına gətirilməsi planlaşdırılır.