Avq 04, 2020 15:46 Asia/Baku
  • Avropadan ABŞ-a zərbə: Hərb sənayesi ayrılır

Avropa ölkələrinin müdafiə sənayesi sahəsində yeni hədəfi ABŞ texnologiyasından imtina etməkdir.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“İlk addım olaraq bundan sonra istehsal edilməsi planlaşdırılan yeni model avtomatlar, helikopterlər və döyüş təyyarələri ABŞ texnologiyasından azad şəkildə hazırlanacaq. 2040-cı ildə uçuşu planlaşdırılan və Almaniya-Fransa-İspaniyanın birgə layihəsi olan FCAS (Future Combat Air System) döyüş təyyarələri də bu cür istehsal ediləcək. Burada əsas məqsədlərdən biri də həssas məlumatları qorumaqdır”, - məlumatda qeyd edilib.

Qəzet yazır ki, avropalıları bu təşəbbüsə sövq edən ABŞ-ın silah ticarətinin tənzimləyən beynəlxalq sənəddən yararlanmasıdır:

“Bu tənzimləməyə görə ABŞ istehsal etdiyi bütün silah və texnikalara satışdan sonra da daxil olmaqla nəzarət edə bilər. Eyni zamanda, istənilən vaxt bu silahların ixracına veto qoya bilər”.

Teqlər