Hollivud Xirosima həqiqətlərini təhrif etmək üçün ABŞ hökumətilə həmkarlıq edib
Hollivud Xirosima həqiqətlərini təhrif etmək üçün ABŞ hökumətilə həmkarlıq edib.
SəhərAzəri xəbər verir, Bir amerikan jurnalist ifşa edərək bildiribdir ki, Amerikanın Hollivud-dakı kinematoqrafiya sənəti Yaponiyanın Xirosima şəhərinə qarşı atom bombardmanı həqiqətlərini təhrif etmək üçün ABŞ hökumətilə gizli həmkarlıq edibdir.
Amerikalı jurnalist və yazar Gerek Mişel bir kitabda Hollivud-un ötən 75 ildə bu istiqamətdə ABŞ hökumətilə gizli həmkarlığına nəzər salıb.
Mişel öz kitabında bəzi sənədlər təqdim edib. Bu sənədlər göstərir ki, Xirosima şəhərinə qarşı atom bombardmanından sonra bəşəriyyətə qarşı bu soyqırımı və cinayətkar hərəkət barədə xoşagələn təsvirlərin təqdim edilməsi üstündə Hollivud-un kinostudiyalarında necə rəqabət formalaşdı.
Bu amerikalı jurnalist sonra yazıb: Üzrlü bir rəvayət düzəltmək lazım idi və bu, Amerikanın ozamankı prezidenti Harri Trumenin və müttəfiqlərinin, onlarla əlbir olan mediaların köməyilə həyata keçirdikləri iş idi.
75 il bundan öncə, belə bir gündə, yəni 1945-ci il avqustun 6-da amerikan bombardmançı təyyarəsi bəşəriyyət tarixinin ilk atom bombasını Yaponiyanın Xirosima şəhərinin əhalisinin üzərinə tökdü.
Bu bombanın nəticəsi olan göbələk partlayışı həmin şəhərin doxsan faizini bir anda məhv etdi və 80 min nəfəri bir neçə saniyə içində həyatdan götürdü.
On minlərlə nəfər də sonrakı aylar və illərdə bu dəhşətli partlayışdan irəli gələn radioaktiv şüalanma nəticəsində həyatını itirdi.
Üç gün sonra isə digər bir Amerika hərbi təyyarəsi bir atom bombasını bu dəfə Yaponiyanın Naqasaki şəhərinin üzərinə tökdü və 40 min nəfəri qətlə yetirdi.