İraqın şimalında 7 PKK üzvü öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i365696-İraqın_şimalında_7_pkk_üzvü_öldürülüb
Türkiyə ordusunun qırıcıları İraqın şimalında 7 PKK üzvünü öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2020 09:43 Asia/Baku
  • İraqın şimalında 7 PKK üzvü öldürülüb

Türkiyə ordusunun qırıcıları İraqın şimalında 7 PKK üzvünü öldürüblər.

SəhərAzəri - nin verdiyi məlumata görə, Türkiyənin müdafiə nazirliyi bildiribdir ki, bu 7 PKK üzvü cümə günü İraqın şimalında yerləşən «Assos» bölgəsində keçirilən bir hava əməliyyatında öldürülübdür.

Türkiyənin İraqın şimalındakı hücumları elə bir halda davam edir ki. Bağdad dəfələrlə Türkiyə hərbi qüvvələrinin İraqın şimalına daxil olmalarını ölkəsinin ərazi bütövlüyünün pozulmasının bariz nümunəsi adlandırıb və onu pisləyərək, bu hücumların dayandırılmasını istəyibdir.