Avq 27, 2020 07:30 Asia/Baku
  • Lavrov İran, Azərbaycan və Rusiyanın enerji körpüsü layihəsinin həyata keçiriləcəyindən xəbər verib

Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə Moskvada keçirdiyi görüşdə ölkəsinin İran, Azərbaycan Respublikası və Rusiyanın elektrik sistemini birləşdirmək əzmində olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Sergey Lavrov Ceyhun Bayramovla görüşü zamanı bu barədə açılama verərək, deyib: "Moskva və Bakı İran, Rusiya və Azərbaycan Respublikasının elektrik sistemlərini birləşdirəcək layihənin həyata keçirilməsində qərarlıdırlar".

Lavrov İran, Azərbaycan Respublikası və Rusiyanın elektrik sistemlərinin birləşdirilməsinə dair planın çox vacib və lazımlı olduğunu bildirərək, deyib: "Bu layihə İrana qarşı ABŞ-ın qanunsuz sanksiyaları olmasaydı, belə bir koridorun yaradılması çərçivəsində çoxşaxəli əməkdaşlıqlar üçün daha faydalı, daha təsirli və daha sadə olacaqdır".

"Belə bir layihənin hətaya keçirilməsi bütün Avrasiya regionu üçün faydalı olacaq", -deyə Rusiyanın xarici işlər naziri əlavə edib.

İran, Rusiya və Azərbaycan Respublikasının elektrik sistemlərinin birləşdirilməsi məsələsi 15 ilə yaxındır ki, gündəmdədir. Bu üç ölkə bu layihənin araşdırılması üçün 2017-ci ildə bir işçi qrupu yaradıblar.

Teqlər