ABŞ koronovirusla mübarizə aparan rusiyalı alimlərə sanksiya tətbiq edib
https://azeri.sahartv.ir/news/dünya-i366620-abŞ_koronovirusla_mübarizə_aparan_rusiyalı_alimlərə_sanksiya_tətbiq_edib
“Vaşinqton məhz koronavirusa qarşı peyvəndin hazırlanması ilə məşğul olan rusiyalı alimlərə və mütəxəssislərə qarşı sanksiyalar tətbiq edib”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2020 15:36 Asia/Baku
  • ABŞ koronovirusla mübarizə aparan rusiyalı alimlərə sanksiya tətbiq edib

“Vaşinqton məhz koronavirusa qarşı peyvəndin hazırlanması ilə məşğul olan rusiyalı alimlərə və mütəxəssislərə qarşı sanksiyalar tətbiq edib”.

Səhər Azəri bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, hər şeydən öncə ABŞ-ın sanksiyalarına son bir neçə ayda COVİD-19-a qarşı Rusiya peyvəndinin hazırlanmasında yorulmadan çalışan alim və mütəxəssislərin düşməsi faktı hiddət doğurur: "Anlaşılan deyil ki, ABŞ hakimiyyəti öz vətəndaşlarına 180 mindən çox amerikalının öldüyü xəstəlik üçün dərmanın hazırlanması üzərində uğurla çalışan insanların cəzalandırılması cəhdini necə izah edəcək".