Kaliforniyada atışma baş verib; olənlər var
ABŞ-da polis zorakılığına qarşı kütləvi aksiyaların keçirildiyi bir zamanda atışma hadisəsində 3 nəfər hədəfə alınıb.
SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Santa Ana şəhərində yerləşən bir yaşayış binasında üç nəfər güllə ilə hədəfə alınıb.
Polis atəş açan şəxsin axtarışındadır.
Bu hadisə elə bir halda baş veribdir ki, Kaliforniya ştatının Los-Anceles şəhərində qaradərili bir kişinin polis tərəfindən öldürülməsi bir daha amerikalıların hiddətinə səbəb olubdur.
ABŞ polisi Los-Anceles şəhərində bir qaradəriliyə bir neçə dəfə atəş açaraq, onu öldürüb. Bu məsələ bir daha bu ölkə vətəndaşlarının hiddətinə səbəb olub və “Qaraların həyatı vacibdir” hərəkatının tərəfdarlarından böyük bir qrupu hadisə yerinə gedərək, polis zorakılığının dayandırılmasına çağırıb və bu haqda şüarlar səsləndirib.
Yerli mənbələrin bildirdiyinə görə, hadisə avqustun 31-də Los-Ancelesin Buldanq küçəsində baş verib.
Hadisədən yayılan görüntülərdə 30 yaşlı qaradərili bir kişi küçədə qaçmaqdadır, atəş açılan an lentə alınmayıb, Lakin iki polis zabiti silahlarını onun yerdə uzanmış cansız bədəninə doğru tutduğu bir halda əks olunub.
Bu videodakı şahidlərin səsi polis tərəfindən həmin şəxsə 20 dəfə atəş açıldığını bildirir.
Bu arada ABŞ-ın Demokratlar partiyasının namizədi Co Baydenin seçkilər kampaniyası onun, bu ölkənin irqçi polisi tərəfindən qətlə yetirilmiş qaradərili gənc Ceykob Bleykin ailəsi ilə görüşəcəyindən xəbər verib.