ABŞ-da COVID-19-dan ölənlərin sayı 190 min nəfəri keçib
https://azeri.sahartv.ir/news/dünya-i366864-abŞ_da_covid_19_dan_ölənlərin_sayı_190_min_nəfəri_keçib
Amerikada COVID-19-dan ölənlərin sayı başqa bir sıçrayışla 190 min nəfəri ötüb keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2020 04:38 Asia/Baku
  • ABŞ-da COVID-19-dan ölənlərin sayı 190 min nəfəri keçib

Amerikada COVID-19-dan ölənlərin sayı başqa bir sıçrayışla 190 min nəfəri ötüb keçibdir.

SəhərAzəri xəbər verir, «Worldometers» informasiya saytı cümə günü səhərçağı bildirib ki, Amerikada koronavirusa yoluxanların sayı altı milyon 320 min 562 nəfərə çatıb və onlardan 190 min 628 nəfər həyatını itiribdir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

ABŞ hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.