Sen 25, 2020 12:03 Asia/Baku

Portlend, Manhetten və Luisvill daxil olmaqla ABŞ-da irqçilik əleyhinə etiraz dalğası yenidən başlanıb.

Səhər Azəri bildirir ki, Breonna Teylorun qətlə yetirilməsi işinə dair məhkəmə qərarının elan edilməsinin ardınca ABŞ-ın müxtəlif şəhərlərində etiraz dalğası yenidən alovlanıb. 

CBS kanalı bildirir ki, ötən 24 saat ərizndə Birləşmiş Ştatlar geniş etiraz aksiyalarının şahidi olub. Bu etiraz dalğası Breonna Teylorun qətlində iştirak edən heç bir polis zabitinin müqəssir hesab edilməməsinin ardınca başlanıb. 

Breonna Teylor 13 mart 2020-ci il tarixində yaşadığı mənzildə polis tərəfindən qətlə yetirilib. 

Məhkəmə qərarına etiraz olaraq Santyaqo, Çikaqo, Kolorado və Atlantada insanlar küçələrə axın edib. 

Polis müdaxiləsi ilə Luisvill və Kentakidə etiraz aksiyası qarşıdurma ilə nəticələnib. Xəsarət alanlar və saxlanılanlar var. 

Teqlər