Tramp ABŞ-ın ən pis prezidentidir
Demokratların ABŞ prezident seçkilərinə namizədi Co Bayden Donald Trampla ilk seçki debatında onu Amerikanın ən pis prezidenti adlandırıb.
SəhərAzəri xəbər verir, Demokrat və respublikaçılar partiyalarının namizədləri Co Bayden və Donald Tramp arasında ilk seçki debatı çərşənbə günü səhər tezdən Ohayo ştatının Klivlend şəhərində yerləşən «Keys Vestern Rezerv» universitetində keçirilib.
Co Bayden bu debatın əvvəlində bildirib ki, Tramp Amerikanın indiyədək malik olduğu ən pis prezidentdir. O, sonra deyib: Tramp Amerika xalqına əhəmiyyət vermir və koronavirusun yayılmasına rəğmən, təkcə iqtisadi açılışa israr edir.
Demokratların prezident seçkilərinə namizədi daha sonra Trampı Rusiya prezidenti Vladimir Putinin əhliləşdirilmiş iti adlandırıb. Deyib ki, xalq səs verməlidir, Tramp isə onları səs verməkdən çəkindirməyə çalışır.
Amerika prezidenti Donald Tramp da bu debatda koronavirusla mübarizə sahəsindəki fəlakətli fəaliyyətini bu cür əsaslandırıb ki, əgər Bayden mənim yerimə olsaydı, koronavirusdan iki yüz min nəfər yox, iki milyon Amerika vətəndaşı həyatını itirərdi.
Tramp həmçinin seçkilərin nəticlərinin qəbul edilməsini özünün qanundan kənar müddəaları ilə əlaqələndiribdir.