Okt 04, 2020 12:13 Asia/Baku
  • Fransada COVID-19 xəstələrinin sayı artıb

Fransanın səhiyyə nazirliyi bu ölkədə bir gündə təqribən on yeddi min koronavirus xəstəsinin qeydə alınmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Nazirlik dünən bildirib ki, öncəki sutka ərzində bu ölkədə on altı min 972 nəfər koronavirusa yoluxub, 49 nəfər isə həyatını itiribdir.

Statistikalar göstərir ki, hazırda Fransada bütövlükdə təqribən 607 min nəfər koronavirusa yoluxub və onlardan 32 min 200 nəfərdən çox insan həyatını itiribdir.

Fransada 70-dən çox rayon və vilayət koronavirus cəhətdən qırmızı vəziyyətdədir.

Fransa hökuməti indiyədək koronavirusun geniş şəkildə yayılması ilə mübarizə üçün məhdudiyyətlər və icbari tədbirləri icraya qoyubdur.

Qərar üzrə bazar ertəsi günündən Paris də daxil olmaqla Fransanın bir neçə iri şəhərində kafe və restoranların bağlanması kimi daha artıq məhdudiyyətlər icraya qoyulmalıdır.

Koronavirusla mübarizə sahəsində sərt tədbirlərin icrası Fransa şəhərləri də daxil olmaqla bir çox Avropa şəhərində geniş etirazların formalaşması ilə nəticələnibdir.

Ümumdünya Səhiyyə Təşkilatı bundan öncə koronavirusun Avropa qitəsində geniş şəkildə yayılacağı barədə xəbərdarlıq etmişdi.

Teqlər