ABŞ-da koronavirus böhranı
Okt 04, 2020 12:41 Asia/Baku
ABŞ senatında əksəriyyətin lideri senatın iki həftə müddətinə bağlanmasından xəbər verib.
SəhərAzəri xəbər verir, Miç Makkonnell dünən bildirib ki, koronavirus analizinin aparılması məqsədilə senatın fəaliyyəti iki həftə müddətinə ləğv edilir.
Amerika senatı elə bir halda bağlanır ki, bu ölkənin prezidenti Donald Tramp koronavirusa yoluxma nəticəsində xəstəxanaya yatırılıbdır.
Ağ Ev cümə günü gecə elan etdi ki, Tramp bir neçə gün müalicə almaq üçün Vaşinqtondakı «Uolter Rid» xəstəxanasında qalacaq.
Həkimlər bildiriblər ki, 74 yaşlı Trampın koronavirusa yoluxması, çox yaşlı və nisbətən artıq çəkiyə malik olmasına görə, onun üçün təhlükəli ola bilər.