Okt 05, 2020 08:56 Asia/Baku
  • Koronavirus xəstəsi olmasına rəğmən, Tramp öz tərəfdarları ilə görüşə gedib

Koronavirusa yoluxmasına görə, xəstəxanaya yatırılan ABŞ prezidenti öz tərəfdarları ilə görüşmək üçün xəstəxananı tərk edib.

SəhərAzəri xəbər verir, COVID-19-a yoluxmasına görə, cümə günü xəstəxanaya yatırılan Amerika prezidenti Donald Tramp bu gün səhər tezdən özünün rəsmi tvitter səhifəsində video yayaraq, bildiribdir ki, xəstəxanın çölünə toplaşmış havadarlarını təəccübləndirmək niyyətindədir.

Hələ məlum deyildir ki, görən, Trampın həkimləri onun bu hərəkətilə müxalifət ediblər, yoxsa ABŞ prezidenti həkimlərin nəzərinə məhəl qoymadan koronavirusa yoluxmasına rəğmən, xəstəxanadan çıxaraq, öz tərəfdarları ilə görüşmək qərarına gəlibdir.

Cümə axşamı günü 2020-ci il üç noyabr Amerika prezident seçkilərinə bir ay qalmış məlum oldu ki, Tramp öz müşavirləri və köməkçilərindən bəzilərinin koronavirusa yoluxmalarından və onda COVID-19 nişanələrinin görünməsindən sonra bu xəstəliyə yoluxubdur.

Tramp cümə günü Amerika ordusunun xəstəxanasına yatırıldı və indiyədək onun cismani durumu haqda ziddiyyətli məlumatlar yayılıbdır.

Teqlər