Okt 07, 2020 20:03 Asia/Baku
  • Portlenddə etirazçılarla polis arasında toqquşma baş verib

ABŞ-ın Oreqon ştatının Portlend şəhərində anti-rasist aksiyaların bərpasının ardınca bir qrup etirazçı polis qüvvələrilə toqquşub.

SəhərAzəri xəbər verir, Təqribən əlli-yüz etirazçı çərşənbə günü bir daha bu şəhər küçələrində polis zorakılığına və irqi ayrı-seçkiliyə qarşı aksiya keçirib.

Etirazçıların mühacirət və gömrük binasının qarşısındakı aksiyası polis qüvvələrilə toqquşmaya gətirib çıxarıbdır.

Etirazçılar Portlend şəhərinin polis məmurları qarşısında çətirdən ibarət divar təşkil ediblər. Onlar mühacirət və gömrük idarəsi binasının məftil torlarına tərəf əşyalar tullayıblar. Polis qüvvələri də etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

3 noyabr Amerika prezident seçkilərinin yaxınlaşması, bu ölkənin prezidenti Donald Trampın göstərişi və federal qüvvələrin göndərilməsi ilə Portlend şəhərində anti-rasizm etirazçılarının yatırılması şiddətlənibdir.

Teqlər