Sonuncu Bayden-Tramp debatı
Respublikaçılar və demokrat partiyalarının ABŞ prezident seçkilərinə namizədləri Donald Tramp ilə Co Bayden arasındakı ikinci və sonuncu seçki debatı keçirilib.
SəhərAzəri xəbər verir, bu iki namizədin yekun debatı yerli vaxtla cümə axşamı günü gecə Amerikanın Tennessi ştatının Neşvill şəhərində keçirilib.
Tramp ilə Baydenin birinci debatda qanunlara məhəl qoymadıqlarına və daima bir-birilərinin sözlərini kəsdiklərinə görə, Amerika seçki debatları komissiyası qərara aldı ki, bu debatda namizədlərdən hər birinə aid olan iki dəqiqə ərzində o biri namizədin mikrofonunun səsini kəssin.
Debatın birinci sualı koronavirusla bağlı idi.
Donald Tramp debatın başlayıcısı kimi bir daha Çini ittihamlandırdı. Koronavirusu “Çin virusu” adlandırmaqla iddia etdi ki, bu virusla mübarizə sahəsində digər ölkələrdən daha yaxşı hərəkət edibdir.
Co Bayden isə koronavirusa yoluxma nəticəsində 220 min nəfərdən çox amerikalının ölümünə işarə etdi. Dedi ki, bir belə ölümün müqəssiri, Amerika prezidenti olaraq qalmamalıdır.
Debatda Rusiya, Çin və İranın Amerika seçkilərinə müdaxilələri kimi iddia olunan məsələyə də işarə olundu.
Co Bayden debat aparıcısının Amerikanın kəşfiyyat orqanlarının Rusiya, Çin və İranın ABŞ seçkilərinə müdaxilələri barədə iddia olunan məlumatı haqdakı sualına cavabda deyibdir ki, Amerika seçkilərinə müdaxilə edəcək hər bir ölkə bu, baha başa gələcəkdir.
Bayden sonra iddia edibdir ki, Rusiya kimi xarici güclər onun seçkilərdə qalib gəlməsini istəmirlər, zira bilirlər ki, o, onlarla sərt rəftar edəcəkdir.
Tramp isə bu suala cavabda iddia edibdir ki, İran və Rusiya onun seçkilərdə qalib gəlməsini istəmirlər. Bildiribdir ki, heç kəs Rusiyaya qarşı ondan sərt olmayıbdır.
Donald Tramp sonra Baydenə hücum edərək, iddia edibdir ki, o, Moskva merindən üç tam onda beş milyon dollar pul alıbdır.
Rasizm, Amerika prezident seçkilərinə bu iki namizədin debatının digər mehvərlərindən biri olubdur.
Bayden bu hissədə Amerikanın qaradərili vətəndaşlarının onlara qarşı tətbiq olunan zorakılıqlardan nigaran olduqlarını bildirib. Qeyd edib ki, o, Trampın bu qorxunc siyasətlərinə son qoymaq üçün bu səhnədə iştirak edir.
ABŞ prezident seçkiləri qarşıdan gələn noyabr ayının üçündə keçiriləcək.
Son aylar Amerikada keçirilən rəy sorğularının nəticələri Baydenin Trampdan öndə getməsindən söz açır.