London polisi Britaniyadakı irqçiliyi etiraf edib
Britaniya polisinin etnik və dini azlıqlara qarşı ayrı-seçkiliyi və irqçi davranışlarına qarşı tənqidlər artarkən, London polis rəisi istər-istəməz problemi etiraf edib.
SəhərAzəri xəbər verir, Britaniyanın paytaxtı London şəhərinin polis rəisi Kresida Dik "LBC" radio kanalına verdiyi müsahibədə bu ölkə polisinin irqçi davranışlarına etiraf edərək, onu aradan qaldırmaq üçün çalışdığını iddia edib.
Dik Britaniyada irqçiliyə qarşı mümkün olan hər cür mübarizə üçün səylərin göstərildiyini iddia edib və etnik azlıqların polisə inamını itirdiyini söyləyib.
London polis rəisi bu məsələdən təəssüfləndiyini bildirərək, yaxın iki il ərzində polis qüvvəsinin 40 faizini rəngli dərililər və Asiya azlıqlarından seçəcəyini vəd edib.
Dik bu sözləri Londonun meri Sadiq Xanın polisin etnik azlıqlara qarşı irqçi davranışı haqda araşdırmaya çağırmasından sonra irəli sürüb.
ABŞ-da cari ilin 25 may tarixində afro-amerikan Corc Floydun ağdərili bir polis tərəfindən irqçi qətlinə qarşı ABŞ xalqının geniş etirazlarından sonra, İngilis polisinin ayrı-seçkilik davranışına dair ittihamlar və tənqidlər artıbdır.
Rəsmi statistiklar göstərir ki, Britaniyada etnik azlıqlar ağdərililərdən daha çox polis əməliyyatlarının hədəfinə çevrilirlər.