ABŞ Muhəmmd bin Salmanı kənara qoymaq istəyir
Bir yəmənli vebsayt Amerikanın Co Baydenin prezidentliyi dövründə Ərəbistan vəliəhdi Muhəmmd bin Salmanı kənara qoymaq üzrə planından xəbər verib.
SəhərAzəri xəbər verir, «26 sentyabr» informasiya portalı bir qeyddə bildiribdir ki, Amerikanın yeni hökumətinin Ərəbistanın Yəmənə təcavüz və ya Camal Qaşıqçının qətli kimi işləri barədəki mövqeyi, demokrat partiyasının üslubunda, səud rejimindən imtiyazalma çərçivəsində olacaqdır.
Bu yəmənli vebsayt Amerikanın yeni prezidenti Co Baydenin mövqeyini Ərəbistana dəstəyin davam etməsi adlandırıb və belə qeyd edib: Amerika hökuməti Yəmən və Qaşıqçının qətli işlərinin həllində öz simasını yaxşı göstərmək üçün yəqin ki, demokratların şüarları və insan haqlarına uyğun şəkildə hərəkət edərək, Muhəmməd bin Salmanın qanun pozuntuları barədə mövcud olan sənədlərə əsasən, onu vəzifəsindən kənara çəkilməyə məcbur edəcək və qardaşı Xalid bin Salmanı onun yerinə qoyacaqdır.