ABŞ-ın İllinoys ştatında silahlı insident baş verib; ölü var
https://azeri.sahartv.ir/news/dünya-i370231-abŞ_ın_İllinoys_ştatında_silahlı_insident_baş_verib_ölü_var
Polis rəsmiləri ABŞ-ın İllonoys ştatının Çikaqo şəhərində baş verən silahlı insident nəticəsində 7 nəfərin öldüyündən xəbər veriblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 30, 2020 15:06 Asia/Baku
  • ABŞ-ın İllinoys ştatında silahlı insident baş verib; ölü var

Polis rəsmiləri ABŞ-ın İllonoys ştatının Çikaqo şəhərində baş verən silahlı insident nəticəsində 7 nəfərin öldüyündən xəbər veriblər.

SəhərAzəri "ABC" xəbər agentliyinə istinadən xəbər verir, polis Çikaqodakı atışmalarda ən azı 7 nəfərin öldüyünü, 16 nəfərin isə yaralandığını bildirib.

Statistikalar göstərir ki, cari ildə bu şəhərdə baş verən silahlı insidentlər nəticəsində 3 min 169 nəfər ölüb ki, 2019-cu illə müqayisədə onların sayı min 219 nəfər daha çoxdur.

Statistikalara əsasən, Şikaqo şəhərində silahlı zorakılıqlar kəskin şəkildə artıbdır.

Hər il ABŞ-da baş verən atışmalarda minlərlə insan ölür və ya yaralanır.

Rəsmi məlumatlara görə, ABŞ-da adambaşına təxminən 270 - 300 milyon odlu silah var.

Silah lobbisinin gücünə görə indiyə qədər heç bir ABŞ hökuməti ölkədə silah satışına məhdudiyyət qoymaq istəməyib.

ABŞ prezidenti Donald Tramp Amerikada silah sahiblərinin əsas himayəçisidir.