Dek 02, 2020 14:54 Asia/Baku
  • İngiltərə Pfizer-BioNTech tərəfindən hazırlanmış COVID-19 peyvəndinin istifadəsini təsdiqləyən ilk ölkə olub

İngiltərə Pfizer-BioNTech tərəfindən hazırlanmış COVID-19 peyvəndinin istifadəsini təsdiqləyən ilk ölkə olub.

SəhərAzəri xəbər verir ki, İngiltərə də Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Təşkilatı, Pfizer-BioNTech peyvəndinin təcili istifadəsini təsdiqlədiyini açıqlayıb.

Bu ölkə peyvənddən 40 milyon doza sifariş verib və ilin sonuna qədər 10 milyon dozanın hazır olması gözlənilir.

İngiltərənin səhiyyə naziri Met Henkok, gələn həftə ölkəyə 800 min peyvəndin çatacağını və peyvəndin istehsal sürətindən asılı olaraq çatdırılmaların davam edəcəyini bildirib.

Peyvəndin tətbiqi zamanı prioritetin virusu ağır keçirən insanlara, yaşlılara və qocalar evində qalanlara veriləcəyini ifadə edən nazir, peyvəndin 21 gün ara ilə iki dozada vurulacağını də qeyd edib.

Teqlər