Fransada "Qlobal təhlükəsizlik haqqında" qanuna qarşı etirazlarda onlarla etirazçı saxlanılıb
Fransanın daxili işlər naziri bu ölkə boyu keçirilən "Qlobal təhlükəsizlik haqqında" qanuna qarşı etiraz aksiyalarında ən azı 95 nəfərin həbs edilməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, Fransanın daxili işlər naziri Jerald Darmanen dekabrın 6-da Tvitterdə bir müraciət yayaraq, bu ölkə boyu "Qlobal təhlükəsizlik haqqında" qanuna qarşı keçirilən aksiyalarda, etirazçılardan 95 nəfərin saxlanılması ilə yanaşı 67 polisin də həbs edildiyini bildirib.
Fransanın daxili işlər naziri əlavə edib: "Ən kəskin zorakılığın şahidi olan Paris şəhərində baş verən toqquşmalarda ən azı 48 jandarma və bir yanğınsöndürən xəsarət alıb.
Fransa prokurorluğu, Paris polisinin iki azyaşlı da daxil olmaqla 25 nəfəri həbs etdiyini açıqlayıb.
Bu ikinci həftədir ki, Fransanın paytaxtında "Qlobal təhlükəsizlik haqqında" qanuna qarşı keçirilən aksiyaların gedişatında şiddətli zorakılıqlar baş verir.
Fransada kütləvi aksiyalar Emmanuel Makron hökumətinin ən böyük probleminə çevrilib.
Fransanın Milli Məclisinin təsdiqlədiyi yeni təhlükəsizlik qanunu Fransanın Senatında təsdiqlənməlidir. Bu qanuna əsasən, polis qüvvələrinin şəkillərini yaymaq cinayət hesab edilir və onun üçün 45 min avro nağd cərimə və ya həbs cəzası nəzərdə tutulub.
Bu qanun vətəndaş cəmiyyətləri və media fəallarının Fransa polisinin xalqa qarşı zorakılığının davam etməsi ilə bağlı narahatlıqlarına səbəb olub.