Dek 18, 2020 10:10 Asia/Baku
  • Dünyanın ən gözəl şəhərinin birində ilk məscid inşa edilib 

Dünyanın ən gözəl şəhəri sırasında olan Yeni Zelandiyanın Kvinstaun şəhərindəki müsəlmanlar ilk məscidinin açılışını qeyd edib.

Dünyanın ən gözəl şəhəri sırasında olan Yeni Zelandiyanın Kvinstaun şəhərindəki müsəlmanlar, illərlə hazırlıq və vəsait toplama səylərindən sonra, ilk məscidinin açılışını qeyd edib. Yerli İslam mərkəzinin sədri Məhəmməd Nadhim deyib: "Nəhayət ki, müsəlman icmasının ibadət etmək üçün məscidə sahib oldu və biz bu hadisədən özümüzü çox xoşbəx hiss edirik”.

SəhərAzəri xarici mediaya istinadən məlumat verir, Məhəmməd Nadhim bildirir ki, indiyə qədər ictimai yerləri icarəyə götürdülər və bəzən Vakatip gölü sahilində dua edirdilər. "Binanın açarlarını aldıq və ilk namazımızı bu gecə məsciddə qıldıq", - deyə Nadhim sevinclə qeyd edir. Müsəlman icması 2019-cu ilin mart ayında şəhərdəki ilk məscidin inşası üçün pul yığmağa başladı. Müsəlmanlar məscidin ümumi dəyərinin 10%-ni, yəni 430.000 dollar ödəyib, qalan hissəsi isə 2021-ci ilin dekabrına qədər ödənilməlidir. Kvinstaun Göllər Bələdiyyə başçısı Cim Boult, bölgənin öz məscidinə sahib olduğuna sevindiyini söyləyib. Kvinstauna ən yaxın məscid 200 km məsafədə, İnverkargilledə yerləşir.

 

Teqlər