"Vladimir Putin hələ də smartfondan istifadə etmir"
https://azeri.sahartv.ir/news/dünya-i370912-vladimir_putin_hələ_də_smartfondan_istifadə_etmir
Rusiya Prezidenti Vladimir Putin hələ də smartfondan istifadə etmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2020 14:59 Asia/Baku

Rusiya Prezidenti Vladimir Putin hələ də smartfondan istifadə etmir.

SəhərAzəri-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Komsomolskaya pravda" radiosunun efirində bildirib.

"Onun smartfonu yoxdur, bu, sadəcə mümkün deyil", - deyə o vurğulayıb.

D. Peskov qeyd edib ki, V. Putin internetdən istifadə edir, lakin bunun üçün onun çox vaxtı yoxdur.