Dek 24, 2020 15:28 Asia/Baku
  • ABŞ polisi bu ölkənin bir qaradərili vətəndaşını qətlə yetirib

Amerika polisi bu ölkənin müdafiəsiz bir qaradərili vətəndaşını güllə ilə qətlə yetirib.

SəhərAzəri xəbər veriri ki, ABŞ polisi özünün yeni irqçi hərəkətində Ohayo ştatının Kolumbus şəhərində qaradərili bir kişini öldürüb.

Polis, yanında yalnız bir mobil telefonu olan 47 yaşlı Andre Morris Hill-ə atəş açıb. Həmin şəxs aldığı xəsarətlərin ağırlığından xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.

Yerli rəsmilər deyirlər ki, həmin qaradərilini öldürən zabit xidmətdən uzaqlaşdırılıb və bu barədə təhqiqatlar başlanıbdır.

Bu zəmində qeyd edək ki, ABŞ polisinin Corc Floydu və bir çox digər afroamerikalını qətlə yetirmək üzrə qəddarlığı bu ölkə boyu geniş anti-rasist etirazların formalaşmasına səbəb olubdur.

Teqlər