ABŞ Səudiyyə Ərəbistanına şok miqdarda silah satıb
https://azeri.sahartv.ir/news/dünya-i371142-abŞ_səudiyyə_Ərəbistanına_şok_miqdarda_silah_satıb
ABŞ Səudiyyə Ərəbistanına 478 milyon dollar dəyərində qanadlı raket satıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2020 12:01 Asia/Baku
  • ABŞ Səudiyyə Ərəbistanına şok miqdarda silah satıb

ABŞ Səudiyyə Ərəbistanına 478 milyon dollar dəyərində qanadlı raket satıb.

SəhərAzəri xəbər veriri ki, bu barədə “Blumberq”in məlumatında deyilir.

Məqalədə qeyd olunur ki, Dövlət Departamenti havadan-quruya idarə olunan raket sursatının Səudiyyə Ərəbistanına “Birbaşa Xüsusi Satış” vasitəsilə ixrac edilməsinin yolunu açıb. Əlavə olaraq, 7 min 500 ədəd raketin ixrac lisenziyasına icazə verilməsi Konqresə bildirilib.

Xəbərdə sözügedən ixrac lisenziyasının “Raytheon”a verildiyi və Səudiyyə Ərəbistanına satışına icazə verilən sursatın lazerli, daxili naviqasiyalı xüsusiyyəti olan “Paveway IV” ağıllı raketləri olduğu bilgisinə yer verilib.

Qeyd edək ki, ötən ay Konqresin hər 2 qanadına Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə F-35 və digər müasir texnologiyaların satılması üçün qanun layihələri təklif olunmuşdu.