Avropalılar Pfayzer şirkətinin fəaliyyətindən narazıdırlar
Koronavirusun Avropada meydan oxuduğu bir zamanda avropalı ölkələrin rəsmiləri bildiriblər ki, ABŞ-ın Pfayzer şirkəti koronavirus vaksinlərinin bu ölkələrə təhvil verilməsini yarıyadək azaldıbdır.
SəhərAzəri xəbər verir, Avropadakı hökumət rəsmiləri dünən qeyd ediblər ki, Pfayzer şirkəti bu həftə Avropa Birliyinə üzv olan bəzi ölkələrə təhvil verilməli olan COVID-19 vaksinlərinin həcmini yarıyadək azaldıbdır.
Rumıniya səhiyyə nazirinin müavini Andrey Baçio Röyters-lə müsahibəsində bildirib ki, həmin ölkə bu həftə üçün planlaşdırılmış miqdarın təkcə əlli faizini alıbdır.
Polşada da durum elə bu formadadır. Belə ki, bu ölkə rəsmiləri bildiriblər ki, Varşava bazar ertəsi günü 176 min doza vaksin əldə edib; bu da gözlənilən miqdarla müqayisədə təqribən əllifaizlik azalmadan xəbər verir.
Çexiyanın səhiyyə naziri Yan Belateni də amerikan Pfayzer şirkətinin fəaliyyətini tənqid edərək, deyib: Çexiya Respublikasında pfayzer vaksinlərinin təhvili bu həftə təqribən on beş faiz azalıb və qarşıdakı iki həftədə də təqribən otuz faiz azalacaqdır.
Dİgər tərəfdən, İtaliya hədələyərək bildiribdir ki, Pfayzer-dən şikayət edəcək.
Belə bir halda, Avropada xəstəliklərə nəzarət təşkilatı dünən xəbərdarlıq edibdir ki, koronavirusun ingilis, cənubi afrika və braziliya ştammlarının meydana çıxması bu qitədə COVID-19-a yoluxma üzrə daha artıq hallara gətirib çıxaracaqdır.