Avropada koronavirus pandemiyasının 3-cü dalğasının başlanması haqda xəbərdarlıq
https://azeri.sahartv.ir/news/dünya-i374647-avropada_koronavirus_pandemiyasının_3_cü_dalğasının_başlanması_haqda_xəbərdarlıq
Avropa Komissiyasındakı bir rəsmi Avropa Birliyində koronavirus pandemiyasının 3-cü dalğasının başlanması haqda xəbərdarlıq edərək, vaksinasiya prosesinin sürətləndirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2021 07:14 Asia/Baku
  • Avropada koronavirus pandemiyasının 3-cü dalğasının başlanması haqda xəbərdarlıq

Avropa Komissiyasındakı bir rəsmi Avropa Birliyində koronavirus pandemiyasının 3-cü dalğasının başlanması haqda xəbərdarlıq edərək, vaksinasiya prosesinin sürətləndirilməsini istəyib.

SəhərAzəri xəbər verir ki,  Avropa Komissiyası sözçüsünün müavini Dana Spinant xəbərdarlıq edib ki, koronavirusun üçüncü dalğası tədricən və ya hətta sürətlə Avropa Birliyinə daxil olan müxtəlif ölkələrdə baş verməkdədir.

Spinant bildirib ki, müxtəlif ölkələrdə koronavirusun yayılma prosesi fərqlidir. O, bu birlikdə vaksinasiya prosesinin sürətləndirilməsini istəyib.

Qeyd etmək lazımdır ki, hətta əgər Avropa Birliyində vaksin istehsalı təsbit olunarsa belə, bu birlikdəki bütün təhlükəli qrupların vaksinasiyası azı bir neçə həftə sürəcək.