Hindistanda koronavirusun yeni növü aşkar edilib
https://azeri.sahartv.ir/news/dünya-i376106-hindistanda_koronavirusun_yeni_növü_aşkar_edilib
Hindistanın Qərbi Benqaliya ştatında koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2021 12:11 Asia/Baku
  • Hindistanda koronavirusun yeni növü aşkar edilib

Hindistanın Qərbi Benqaliya ştatında koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.

SəhərAzəri xəbər verir kia. Bu barədə Hindistanın Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşı Vinod Skariya öz “Twitter” səhifəsində məlumat yayıb.

Mütəxəssis koronavirusun yeni mutasiya etmiş növü barədə, o cümlədən onun təkrar infeksiyalara səbəb olub-olmaması haqda çox az məlumata sahib olduqlarını söyləyib.

V.Skariya qeyd edib ki, bu suallara daha dəqiq və hərtərəfli cavab vermək üçüm məqsədyönlü epidemioloji tədqiqatların aparılmasına ehtiyac var.

Xatırladaq ki, Hindistan COVID-19-dan ən çox zərər çəkən ölkələr sırasında ikinci yerdədir.

Bu günə qədər 182 570 hindistanlı koronavirusun qurbanı olub.