May 08, 2021 01:19 Asia/Baku
  • Vyana iclasında müzakirələr prosesinin gücləndirilməsi razılaşdırılıb

Rusiyanın beynəlxalq təşkilatlardakı nümayəndəsi nüvə anlaşması üzrə birgə komissiyanın iclasında iştirak edən heyətlərin müzakirələri davam etdirməyə hazır olduqları və bu prosesin gücləndirilməsi barədə razılaşdıqlarını bildirib.

Mixail Ulyanov qeyd edib ki, İran və 4+1 qrupu heyətləri Vyana iclasında nüvə anlaşmasının tam şəkildə bərpası üzrə müzakirələrin yeni dövrünü keçiriblər.

Nüvə anlaşması üzrə birgə komissiyanın iclasının dördüncü turu bu gün İran və 4+1 qrupu heyətlərinin iştirakı ilə Vyanada davam etdirilib və təqribən bir saat yarımdan sonra başa çatıb.

İranlı heyətə keçmiş dövrlərdə olduğu kimi İran xarici işlər nazirinin siyasi müavini Seyid Abbas Əraqçi başçılıq edib. İclasa isə Avropa İttifaqının xarici fəaliyyət xidmətinin baş katib müavini Enrike Mora sədrlik edib.

İclasdan öncə Əraqçi ilə Mora arasında ikitərəfli görüşlər keçirilib.

Nüvə anlaşması üzrə birgə komissiyanın iclasının dördüncü turunda iştirak məqsədilə dünən Vyanaya daxil olan İran xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas Əraqçi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşdə, müzakirələrdəki əsas prioriteti, İran xalqının maraqlarının təmin olunması elan edib.

Nüvə anlaşması üzrə birgə komissiyanın iclasları cari il aprelin ikisindən keçirilməkdədir. Bu iclaslar Amerika və İranın nüvə anlaşmasına sədaqətə/ ikitərəfli qayıdışı, həmçinin ABŞ tərəfindən İran xalqına qarşı tətbiq olunmuş sanksiyaların ləğv edilməsi yolu ilə anlaşmanın bərpası istiqamətində keçirilir.

Teqlər