İyul 21, 2021 12:37 Asia/Baku
  • Anatoli Antonov:

Rusiyanın Vaşinqtondakı səfiri, ABŞ-ı, Ukraynadan Moskvanın siyasətlərini dəyişdirmək üçün bir vasitə kimi istifadə etməkdə günahlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Anatoli Antonov ABŞ-ın "Şimal Axını 2" qaz boru kəmərinin həyata keçirilməsinə reaksiyasına münasibət bildirib. O, deyib: "Bəzi ABŞ siyasətçiləri Ukraynadan,  müstəqil xarici siyasət və iqtisadi siyasəti dəyişdirmək üçün bir vasitə kimi istifadə etməkdə maraqladırlar".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays avqust ayında Şimal Axını-2 ilə bağlı vəziyyətə dair başqa bir hesabatın Konqresə təqdim ediləcəyini söyləyib.

Keçən il, "Şimal Axını 2" qaz layihəsinin Baltik dənizində tikintisi ABŞ-ın sanksiya təhdidləri səbəbindən dayandırılmışdı, lakin yaxın aylarda bu layihənin tamamlanacağı gözlənilir.

ABŞ, Avropanın Rusiya qazından asılılığını bəhanə edərək, bu qaz layihəsinə qəti şəkildə qarşı çıxır və indiyədək "Şimal Axını 2" qaz boru kəməri layihəsinə qarşı bir neçə sanksiya paketi tətbiq edib.

Teqlər