Sen 05, 2021 13:27 Asia/Baku
  • Almanlar polis zorakılığını da gözdən qaçırmırlar

Almaniya vətəndaşları Berlin küçələrində irqçilik, ədalətin pozulması, iqlim dəyişiklikləri və təbəqələrarası fərqə etiraz ediblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, polisdən icazənin alınması və korona qaydalarına riayətlə keçirilən Berlin yürüşündə müxtəlif qruplar iştirak ediblər.

Bundan qabaq Berlindən başqa, Almaniyanın digər şəhərlərində oxşar aksiyalar keçirilib. O sıradan Münhendə iyirmi minə yaxın insan irqçiliyə qarşı aksiya keçirib.

Frankfurt şəhərində Almaniyada ayrı-seçkilik və aparteidin qarşısının alınması istiqamətində, eləcə də polis zorakılığına qarşı aksiya təşkil olunub. Nümayişdə səkkiz min nəfərdən çox etirazçı iştirak edib.

Düsseldorfda da minlərlə nəfər etiraz aksiyası təşkil edib.

Belə bir halda, Könl şəhəri iki ayrı-ayrı aksiyanın keçirilməsinin şahidi olub. Bu aksiyalarda, əllərində plakatlar və yazılı lövhələr tutan bir neçə min nəfər aparteid əleyhinə bir araya gəlib.

Bu kimi etiraz və toplanışlar Almaniyanın Münster, Dortmund, Leverkuzen və Bonn kimi əyalətlərinin şəhərlərində də keçirilibdir.

Teqlər