Xristofor Kolumbun Amerikaya gəlişinin ildönümündə etiraz aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i382054-xristofor_kolumbun_amerikaya_gəlişinin_ildönümündə_etiraz_aksiyası_keçirilib
Xristofor Kolumbun Amerikaya gəlişinin ildönümündə irqçilik əleyhinə mübarizə aparan qrupların çoxu küçələrə axışaraq, müstəmləkəçilərə qarşı qəzəblərini nümayiş etdiriblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 13, 2021 12:27 Asia/Baku
  • Xristofor Kolumbun Amerikaya gəlişinin ildönümündə etiraz aksiyası keçirilib

Xristofor Kolumbun Amerikaya gəlişinin ildönümündə irqçilik əleyhinə mübarizə aparan qrupların çoxu küçələrə axışaraq, müstəmləkəçilərə qarşı qəzəblərini nümayiş etdiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikada, xüsusən də Latın Amerikası bölgəsində bir çox insan, Xristofor Kolumbun qitəyə gəlişinin ildönümü olan 12 oktyabrda küçələrə axışıblar və yerli xalqların hüquqlarını təsdiq edərək, 1492-ci ildə qitənin kəşfi ilə əlaqədar "hüquq pozuntuları" və cinayətlərdən narazılıqlarını bildirib, qəzəblərini Kristofor Kolumbun heykəllərinə simvolik hücumla nümayiş etdiriblər. 

Həmçinin, Amerikanın 70-dən çox kontinental təşkilatının üzvləri də Boliviyanın paytaxtı Kitoda toplaşaraq, bir bəyanat yayıb, bölgə xalqının qurbanı olduqları ədalətsizliklərə görə, təzminat tələb ediblər.

12 oktyabr Xristofor Kolumbun 1492-ci ildə Amerikaya gəlişinin ildönümü günüdür, hansı ki, bölgənin yerli əhalisini aldatmaq və talan etməklə mülklərini və torpaqlarını qarət etdi.