ABŞ-da milyonlarla doza koronavirus peyvəndi hədərə gedib
https://azeri.sahartv.ir/news/dünya-i382169-abŞ_da_milyonlarla_doza_koronavirus_peyvəndi_hədərə_gedib
Dünyanın bir çox kasıb ölkəsi hələ də əhalisini koronavirusa qarşı peyvənd edə bilmədiyi bir halda yeni statistikalar ABŞ-ın Covid-19 peyvəndinin milyonlarla dozasını atdığını göstərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2021 17:02 Asia/Baku
  • ABŞ-da milyonlarla doza koronavirus peyvəndi hədərə gedib

Dünyanın bir çox kasıb ölkəsi hələ də əhalisini koronavirusa qarşı peyvənd edə bilmədiyi bir halda yeni statistikalar ABŞ-ın Covid-19 peyvəndinin milyonlarla dozasını atdığını göstərir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "Gardian" qəzeti məlumat yayaıb.

"Gardian" qəzeti bir reportajda yazıb: "ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin statistikası göstərir ki, ABŞ-da mart və sentyabr ayları arasında ən azı 15 milyon peyvəndin istifadə müddəti bitib.

Digər bir araşdırma, ABŞ-ın 10 ştatında dekabr-iyul ayları arasında bir milyon doza peyvəndin atıldığını göstərir.