Noy 17, 2021 11:51 Asia/Baku
  • gizli şəkildə dinləyir
    gizli şəkildə dinləyir

Sionist rejimin casusluq təşkilatı Qərb sahilində və Qəzzə zolağında yaşayan fələstinlilərin bütün danışıqlarını gizli şəkildə dinləyir.

SəhərAzəri-nin məlumatına əsasən, “Middle East” vebsaytı bir reportajda ifşa edibdir ki, sionist rejim “Kərəm Əbu-Salim” keçidi vasitəsilə Qəzzə zolağına daxil olan bütün mobil və sabit telefonların içərisinə dinləmə qurğusu yerləşdirir və bu telefonlarla həyata keçirilən bütün söhbətləri dinləyir.

Bu informasiya saytı bir sionist kəşfiyyat mənbəyinə istinadla bildiribdir ki, yüzlərlə sionist hərbçi sutkalıq şəkildə fələstinlilərin danışıqlarını dinləməkdədir.

Bu mənbənin bildirdiyinə görə, sionist rejim üçün təhlükəsizlik təhdidi olan siyasi fəalların, həmçinin adi insanların söhbətləri dinləlinir. Gizli dinləmələrdə məqsəd, Fələstin ictimaiyyətində zəif cəhətlərin tapılmasıdır.

Teqlər